Əsas səhifə » ABŞ-da Tramp əleyhinə etiraz dalğası

ABŞ-da Tramp əleyhinə etiraz dalğası

BAKI, AzerVoice

Vaşinqtonda Tramp əleyhinə kütləvi etirazlarda İlon Maskın vəzifədən uzaqlaşdırılması da tələb olunur.

AzerVoice xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqton da daxil olmaqla bir sıra şəhərlərdə keçirilən etiraz aksiyalarında nümayişçilər prezident Donald Trampın siyasətini sərt tənqid ediblər.

Aksiyalar zamanı iştirakçılar miqrasiya, Qəzza və Ukraynadakı müharibələr, eləcə də federal işçilərin ixtisarı kimi mövzulara diqqət çəkiblər.

Etirazçılar Ağ Evin qarşısında şüarlarla çıxış edərək Tramp administrasiyasına etirazlarını bildiriblər. Onlar hökumətin Səmərəliliyi Departamentinin rəhbəri İlon Maskın vəzifəsindən uzaqlaşdırılmasını da tələb ediblər.

Etirazçılar həmçinin miqrantların deportasiyasına qarşı çıxaraq, federal işçilərə və büdcə ixtisarı ilə təhdid edilən universitetlərə dəstək nümayiş etdiriblər. Fələstin bayraqları ilə çıxış edən qruplar “Azad Fələstin” şüarları səsləndirib, Ukraynaya dəstək verən nümayişçilər isə Vaşinqtonu Rusiya prezidentinin başlatdığı müharibəyə qarşı daha sərt mövqe tutmağa çağırıblar.

Qeyd edək ki, ABŞ mediasında yayılan məlumatlara görə, İlon Maskın yaxın zamanda vəzifəsini tərk edəcəyi ilə bağlı iddialar gündəmə gəlib. Bu, etirazlarda onun ünvanına səslənən tələbləri daha da diqqətə gətirib.

Digər Kateqoriyalar

2025 © Azervoice