Əsas səhifə » Növbəti İran-ABŞ danışıqları vasitəçilərlə aparılacaq - İran XİN

Növbəti İran-ABŞ danışıqları vasitəçilərlə aparılacaq - İran XİN

BAKI, AzerVoice

İran və ABŞ arasında 23 aprelə planlaşdırılan ekspert səviyyəsindəki danışıqlar vasitəçilərlə keçiriləcək.

AzerVoice xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirinin müavini bildirib.

Xatırladaq ki, dünən Romada İran və ABŞ arasında dolayı danışıqların ikinci mərhələsi başa çatıb. Tərəflər texniki müzakirələrin ekspert səviyyəsində davam etdirilməsi və üçüncü mərhələnin Omanın paytaxtı Məsqətdə keçirilməsi barədə razılığa gəliblər.

Həftə ərzində ikinci dəfə baş tutan dolayı görüşdə Araqçi ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff ilə təxminən dörd saatlıq danışıqlar aparıb. Danışıqlarda Omanın xarici işlər naziri Bədr əl-Busaidi vasitəçi rolunu oynayıb və mesajların ötürülməsini həyata keçirib.

Digər Kateqoriyalar

2025 © Azervoice