10
BAKI, AzerVoice
İsrail Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Livanın cənub bölgələrinə hava zərbələri endirib.
AzerVoice xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat yayıb.
Məlumata görə, hava hücumlarının əksəriyyəti Nabatiyə şəhəri ətrafı və İqlim ət-Tuffah dağlıq bölgəsində həyata keçirilib. Həmin ərazilərdə "Hizbullah"ın bazaları yerləşir.
Hava zərbələri nəticəsində azı 7 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Yaralılar arasında bir livanlı hərbçi də var. Hadisə bölgəsindəki vəziyyət gərgin olaraq qalır və insidentlə bağlı əlavə məlumatlar gözlənilir.