Əsas səhifə » Tramp siyasi rəqiblərini tənqid edib

Tramp siyasi rəqiblərini tənqid edib

BAKI, AzerVoice

ABŞ prezidenti Donald Tramp siyasi rəqiblərini tənqid edib.

AzerVoice xəbər verir ki, bu haqda Trampın Truth Social platformasında paylaşdığı Pasxa müraciətində deyilir.

O, "böyük sevgi, səmimiyyət və nəvazişlə" Pasxa bayramını qeyd edən "radikal solçu dəli"lərə də “xoşbəxt Pasxalar” arzulayıb.

Tramp bildirib ki, bu insanlar ölkəyə qatil və MS-13 cinayətkar qruplaşmasının üzvləri kimi təhlükəli şəxsləri geri qaytarmaq istəyirlər. O, ABŞ-ın hüquq-mühafizə orqanları əməkdaşlarını və hakimləri zəif və qeyri-effektiv adlandıraraq, onların bu "şər hücuma" imkan verdiyini vurğulayıb.

Tramp ölkədəki nəzarətsiz miqrasiya böhranına görə əsas məsuliyyətin sabiq prezident Co Baydenin üzərində olduğunu bildirib. Tramp Baydeni “ən zəif və ən səriştəsiz prezident” adlandırıb.

Qeyd edək ki, Donald Trampın yenidən Ağ Evə qayıdışından sonra federal hakimiyyət orqanları qeyri-qanuni miqrantlara qarşı genişmiqyaslı reydlərə başlayıb. ABŞ mediasının məlumatına görə, Tramp administrasiyasının məqsədi gündə ən azı 1800 miqrasiya qanunvericiliyini pozan şəxsi tutmaqdır.

Bu tədbirlər bəzi ştat rəhbərləri tərəfindən müqavimətlə qarşılanır və həmçinin resurs çatışmazlığı ilə üzləşir. Saxlanılan və deportasiya edilən şəxslərin sayı on min və iki yüz min arasında dəyişir.

Tramp seçkiqabağı kampaniyasında milyonlarla qeyri-qanuni immiqrantın ölkədən çıxarılacağına dair vəd vermişdi. Hazırda bu istiqamətdə həyata keçirilən addımlar həm daxildə, həm də beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olur.

Digər Kateqoriyalar

2025 © Azervoice