BAKI, AzerVoice
ABŞ-ın SpaceX şirkəti, Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsi (NRO) üçün nəzərdə tutulmuş peyklərlə yüklənmiş Falcon 9 raketini uğurla orbitə buraxıb.
AzerVoice xəbər verir ki, NROL-145 adlı bu missiyanın buraxılışı Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından bu gün yerli vaxtla 05:29-da həyata keçirilib.
Bu, aprel ayı ərzində NRO üçün həyata keçirilən üçüncü buraxılışdır. Daha əvvəl aprelin 12-də NROL-192, aprelin 16-da isə NROL-174 missiyaları çərçivəsində raketlər orbitə göndərilmişdi.
Qeyd edək ki, ABŞ Hərbi-Kosmik Kəşfiyyat İdarəsinin fəaliyyəti yüksək məxfilik səviyyəsində həyata keçirilir. Bu səbəbdən orbitə göndərilən peyklərin texniki xüsusiyyətləri və təyinatı barədə ictimaiyyətə heç bir məlumat verilmir.