BAKI, AzerVoice
Almaniyanın paytaxtı Berlinin mərkəzində yerləşən Hilton otelinin yaxınlığında naməlum şəxslər tərəfindən silahlı hücum törədilib.
AzerVoice xəbər verir ki, bu barədə Almaniyanın Bild qəzeti məlumat verib.
Məlumata görə, hadisə səhər saat 04:45-də (Bakı vaxtı ilə 06:45) baş verib. Atışma nəticəsində azı bir nəfər yaralanıb.
Polis hadisə yerini mühafizəyə alıb və ən azı iki şübhəlini axtarır. Hadisənin motivləri və təfərrüatları hələlik məlum deyil.
Bundan əlavə, Hessen federal əyalətinin Bad-Naunhaym şəhərində də oxşar silahlı hücum baş verib. Burada bir yaşayış binasının yaxınlığında açılan atəş nəticəsində iki nəfər ölüb. Hücum edən şəxsin kimliyi hələ ki, müəyyənləşdirilməyib.
Almaniya polisi hər iki hadisə ilə bağlı istintaq başladıb və ictimaiyyəti ehtiyatlı olmağa çağırıb.