Əsas səhifə » İran ABŞ-la danışıqlarda yeni nüvə sazişi üzrə bir sıra təkliflər irəli sürməyi planlaşdırır

İran ABŞ-la danışıqlarda yeni nüvə sazişi üzrə bir sıra təkliflər irəli sürməyi planlaşdırır

BAKI, AzerVoice

İran nümayəndə heyəti Romada ABŞ-la keçirilən danışıqlarda yeni nüvə sazişi üzrə bir sıra təkliflər irəli sürməyi planlaşdırır.

AzerVoice xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti məlumat verib.

Məlumata görə, bu təkliflər arasında ABŞ-ın gələcəkdə razılaşmadan birtərəfli qaydada çıxmaması üçün təminat məsələsi də var. Tehran istəyir ki, ABŞ belə bir hal baş verərsə, İranın çəkdiyi zərərləri kompensasiya etməyi öhdəsinə götürsün. Qeyd olunur ki, İran daha əvvəl ABŞ-ın sabiq prezidenti Co Baydenin administrasiyasına bu cür vəziyyət üçün maliyyə cəzası tətbiq etmək ideyasını təqdim etmişdi. Romada müzakirə olunması gözlənilən digər mövzular arasında İrana qarşı tətbiq olunan Amerika sanksiyalarının aradan qaldırılması perspektivləri və ölkənin zənginləşdirilmiş uran ehtiyatları üzərində mümkün nəzarət mexanizmləri də yer alır.

Bununla yanaşı bildirilib ki, İran nümayəndə heyəti, danışıqlarda Vaşinqtona yüksək səviyyəli səfərin təşkilini müzakirə etməyi planlaşdırır.

Digər Kateqoriyalar

2025 © Azervoice