16
BAKI, AzerVoice
ABŞ və Tehran arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü mərhələsi yaxın günlərdə baş tutacaq.
AzerVoice xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Məlumatda qeyd olunub ki, ABŞ və İran nümayəndələri arasındakı danışıqlar Oman vasitəçiliyi ilə davam etdiriləcək.
Xatırladaq ki, danışıqların ikinci mərhələsi
İranın Romadakı səfirinin iqamətgahında başa çatıb. İran nümayəndə
heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi, ABŞ nümayəndə
heyətinə isə Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff
rəhbərlik edib.