10
BAKI, AzerVoice
Rusiya Ukraynada hərbi əməlliyatlarını müvəqqəti olaraq dayandırır.
AzerVoice xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putinin əmrində deyilir.
“Humanitar amilləri əsas götürərək, bu gün Moskva vaxtı ilə saat 18:00-dan (Bakı vaxtı ilə saat 19:00-dan) bazar ertəsi saat 00:00-a (Bakı vaxtı ilə saat 01:00-dan) qədər Rusiya tərəfi pasxa atəşkəsi elan edir. Bu müddət ərzində bütün döyüş əməliyyatlarının dayandırılmasını əmr edirəm” – deyə, Putin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdə bildirib.
Bununla yanaşı Putin bildirib ki, Rusiya hər zaman danışıqlara hazır olub və ABŞ, Çin və digər ölkələrin Ukrayna məsələsinin ədalətli şəkildə həllinə yönəlmiş səylərini alqışlayır.