BAKI, AzerVoice
Çin texnologiya və kosmosun tədqiqi üçün 6 yeni peyk buraxıb
AzerVoice xəbər verir ki, Çin kosmik
tədqiqatlar sahəsində növbəti addımını ataraq, Şansi əyalətində
yerləşən Taiyuan peyk buraxılış mərkəzindən altı “Şiyan-27” sınaq
peykini kosmosa göndərib.
Peyklər yerli vaxtla saat 06:51-də modifikasiya edilmiş “Long
March-6” daşıyıcı raketi ilə uğurla orbitə çatdırılıb.
Yeni buraxılmış peyklər texnoloji təcrübələrin aparılması və kosmik mühitin müşahidəsi məqsədi ilə istifadə olunacaq. Bu buraxılışla birlikdə “Long March” seriyalı raketlərin ümumi uçuş sayı 570-ə çatıb.
Qeyd edək ki, “Şiyan” seriyalı peyklər adətən eksperimental texnologiyaların sınaqdan keçirilməsi üçün nəzərdə tutulur və Çinin uzunmüddətli kosmos strategiyasının mühüm elementlərindən biridir.