Əsas səhifə » Ağ Ev koronavirus faylını yenidən açıb

Ağ Ev koronavirus faylını yenidən açıb

BAKI, AzerVoice

Tramp administrasiyası COVID-19 faylını yenidən açıb.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası COVID-19 pandemiyasının mənşəyi ilə bağlı yeni səhifə yaradaraq, virusun Uhan laboratoriyasından sızdığı nəzəriyyəsinə tam dəstək verdiyini açıqlayıb.

Yenilənmiş COVID.gov saytında artıq virusun “əsl mənşəyi” ilə bağlı məlumatlar yerləşdirilib. “Lab sızması: COVID-19-un əsl mənşəyi” başlığı ilə təqdim olunan səhifədə Tramp administrasiyası pandemiyanın başlanğıcını Çinin Uhan şəhərində yerləşən virusologiya laboratoriyası ilə əlaqələndirir.

Saytda həmçinin Co Bayden administrasiyası və Nyu-Yorkun keçmiş qubernatoru Endryu Kuomonun pandemiya dövründəki fəaliyyəti tənqid edilir. Bildirilir ki, bütün pandemiya tək bir insandan qaynaqlanıb və bu, əvvəlki epidemiyalardakı çoxsaylı yayılma modelləri ilə ziddiyyət təşkil edir.

Mənbələrə əsasən, 2019-cu ilin payızında Wuhan Virusologiya İnstitutunun əməkdaşları COVID-19-a bənzər simptomlarla xəstələniblər.

Qeyd edək ki, bu nəticələr ABŞ Konqresinin Koronavirus Pandemiyası üzrə Alt Komitəsinin 2024-cü ilin dekabrında dərc etdiyi 557 səhifəlik hesabatdan götürülüb. FTB, CIA və digər federal qurumlar da eyni qənaətə gəlib – virusun Uhan laboratoriyasından yayıldığı ehtimalı üstünlük təşkil edir.

Digər Kateqoriyalar

2025 © Azervoice