BAKI, AzerVoice
İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etnanın dünən axşamdan bu gün səhərə qədər güclü püskürdüyü bildirilib.
AzerVoice xəbər verir ki, Siciliya adasındakı Etna dağında vulkanik fəaliyyət aprelin əvvəlindən davam edir.
Etna dağının cənub-şərq kraterində 2900 metr yüksəklikdə dünən axşam yerli vaxtla saat 19:00 radələrində başlayan kül və lava atma fəaliyyəti bu gün səhər saatlarına qədər davam edib.
Cənub-şərq kraterindən sızan maqma vulkanın yamacından cənub-şərqə doğru uzanan üç fərqli qola ayrılan lava axınına səbəb oldu.
Yerli mənbələr Etnadakı püskürmələrdən gələn səslərin vulkanın yamaclarında yerləşən bir neçə kənddə yüksək səslə eşidildiyini bildirib.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya şöbəsi də vulkanda vulkanik aktivliyi təsdiqləyib.
Bu arada mətbuatda yayılan xəbərlərə görə, Etnada vulkanik aktivliyə görə bölgədən keçən təyyarələr üçün gecə saatlarında “narıncı” kodlu xəbərdarlıq edilib.
Etna yaxınlığındakı Kataniya Fontanarossa hava limanına uçuşların vulkanın kül və lava püskürməsindən təsirlənmədiyi və uçuşların davam etdiyi bildirilib.
Siciliya adasındakı Etna dağında və kontinental Avropanın ən yüksək aktiv vulkanında təxminən 3300 metr hündürlükdə olan bu son vulkanik fəaliyyət aprel ayında dördüncü belə aktivlik kimi qeydə alınıb.
Bu ilin fevral ayında da vulkanda intensiv vulkanik aktivlik müşahidə olunub.