Əsas səhifə » Rusiya Barents Əməkdaşlığına Son Qoydu

Rusiya Barents Əməkdaşlığına Son Qoydu

BAKI, AzerVoice

Rusiyanın baş naziri Mixail Mişustin Norveç, İsveç və Finlandiya ilə Barents dənizində əməkdaşlıq sazişinin ləğvi haqqında sənəd imzalayıb.

AzerVoice xəbər verir ki, Mişustinin imzaladığı və Rusiyanın Rəsmi Sənədlər Sistemində dərc olunan sənədə əsasən, Barents dənizində Norveç, İsveç və Finlandiya ilə əməkdaşlıq müqaviləsinə xitam verilib.

Sənəddə Rusiya Xarici İşlər Nazirliyinə verilən qərarla bağlı sözügedən ölkələri məlumatlandırmaq tapşırılıb.

Saziş Barents dənizi və Avropa Arktika regionunda əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə Beynəlxalq Barents Katibliyinin yaradılmasını nəzərdə tuturdu.

Qeyd edək ki, Rusiya 2023-cü ildə Barents Regional Şurasından çıxmaq qərarına gəlib.

Digər Kateqoriyalar

2025 © Azervoice