Əsas səhifə » ABŞ Ukrayna münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair səylərini dayandıra bilər

ABŞ Ukrayna münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair səylərini dayandıra bilər

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp, rəhbərlik etdiyi administrasiyanın Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair səylərini dayandıra biləcəyini bildirib.

AzerVoice xəbər verir ki, bu haqda Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, xüsusilə tərəflərdən birinin danışıqlar prosesinin qəsdən çətinləşdirməsi halında bu qərarın veriləcəyini vurğulayıb.

“Əgər hansısa səbəbdən iki tərəfdən biri bu prosesi çox mürəkkəbləşdirsə, biz bu işdən əl çəkəcəyik. Amma ümid edirəm ki, buna ehtiyac qalmayacaq” - deyə, Tramp bildirib.

Tramp, Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair konkret bir zaman çərçivəsi müəyyən etməkdən imtina edib.

“Dəqiq gün sayı yoxdur, amma yaxın vaxtlarda. Biz istəyirik ki, bu (Ukraynada sülh red.) baş versin” - deyə, o qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice