Əsas səhifə » Ukraynadakı münaqişənin həlli prosesi son mərhələyə yaxınlaşır - Tramp

Ukraynadakı münaqişənin həlli prosesi son mərhələyə yaxınlaşır - Tramp

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp, Ukraynada atəşkəsin əldə olunması və münaqişənin həlli istiqamətində prosesin son mərhələyə yaxınlaşdığını bildirib.

AzerVoice xəbər verir ki, o, bu fikirləri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

Tramp, hazırda Ukrayna böhranının həll olunması üçün yaxşı imkanların mövcud olduğunu bildirib.

"Düşünürəm ki, həqiqətən də bu məqsədə çatmaq üçün yaxşı şanslarımız var. Görək, buna nail ola biləcəyikmi" – deyə, Tramp qeyd edib.

Rusiya tərəfinin ABŞ-ı bu məsələdə aldatmağa çalışıb-çalışmadığı ilə bağlı suala Tramp belə cavab verib:

"Heç kim heç kimlə oyun oynamır. Mən sadəcə yardım etməyə çalışıram."

O, danışıqlar sahəsində böyük təcrübəyə sahib olduğunu vurğulayıb.

"Bu prosesi dayandırmaq istəyən tərəflərdə həvəs və istək görmək lazımdır. Və düşünürəm ki, hər iki tərəfdə bunu müşahidə edirəm. Amma bunu çox tez bir zamanda hamınız görəcəksiniz" – deyə, o bildirib.

Tramp, sülh danışıqlarının uğursuzluqla nəticələnəcəyi təqdirdə, Ukraynaya hərbi yardımı davam etdirib-etdirməyəcəyi barədə konkret fikir bildirməkdən imtina edib.

Digər Kateqoriyalar

2025 © Azervoice