Əsas səhifə » ABŞ Kennedinin qardaşının ölümü ilə bağlı 10 min səhifədən çox materialı məxfilikdən çıxarıb

ABŞ Kennedinin qardaşının ölümü ilə bağlı 10 min səhifədən çox materialı məxfilikdən çıxarıb

BAKI, AzerVoice

ABŞ hökuməti, 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı olan senator Robert Kennedinin qətli ilə bağlı istintaq işindən 10 mindən çox sənədi məxfi statusdan çıxararaq ictimaiyyətə təqdim edib.

AzerVoice xəbər verir ki, bu sənədlər ABŞ Milli Arxivinin rəsmi saytında yerləşdirilib.

ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbard, arxivlərin dərcindən sonra bildirib ki, amerikalılar ilk dəfə olaraq federal hökumətin apardığı istintaqla tanış olmaq imkanı əldə edir.

“Robert Kennedinin faciəli şəkildə öldürülməsindən demək olar ki, 60 il sonra amerikalılar ilk dəfə olaraq federal hökumətin apardığı istintaqla tanış olmaq imkanı əldə edir. Bu isə prezident Donald Trampın şəffaflığa olan bağlılığı sayəsində mümkün olub” - deyə, o qeyd edib.

ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər naziri Robert Kennedi Jr. və Tulsi Gabbard birgə bəyanatlarında qeyd ediblər ki, Milli Arxivdə saxlanılan sənədlər əllə skan edilib və sayta yüklənib. Onların sözlərinə görə, sənədlər yalnız minimal redaktə ilə – məxfiliyi qorumaq məqsədilə sosial təminat və vergi identifikasiya nömrələrinin silinməsi ilə nəşr olunub.

Xatırladaq ki, bu ilin yanvar ayında Tramp, Con Kennedi, Robert Kennedi və Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin qətllərinə dair gizli sənədlərin dərcini əmr etmişdi. Martın 18-də Con Kennedinin qətli ilə bağlı sənədlər ictimaiyyətə açıqlanıb. Rəsmi məlumatlara görə, bu günə qədər bu iş üzrə təxminən 5 milyon səhifənin 99%-i məxfi statusdan çıxarılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice