BAKI,AzerVoice
ABŞ Prezidenti Donald Tramp və İtaliyanın Baş naziri Corcia Meloni Vaşinqtonda ikitərəfli görüş keçirib.
AzerVoice xəbər verir ki, Meloni və Tramp cümə axşamı günü Ağ Evdə bir araya gəliblər. Oval kabinetdə keçirilən görüşdən sonra tərəflər nahar süfrəsi arxasında jurnalistlərin suallarını cavablandırıblar.
Tramp, Meloninin yaxın gələcəkdə Romaya rəsmi səfər üçün etdiyi dəvəti qəbul etdiyini bildirib. Meloniyə görə, bu səfər Vaşinqtonla Brüssel arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı ola bilər. Trampın səfəri zamanı Avropa İttifaqı rəsmiləri ilə də görüşüb-görüşməyəcəyi isə hələ dəqiqləşməyib.
Meloni Ukrayna müharibəsi barədə danışaraq Rusiyanın işğalçı olduğunu bir daha vurğulayıb.
Tramp isə müharibənin sonunun yaxın olduğunu bildirib.
“Savaşı bitirməyə çalışıram. Amma Rusiya çox böyük hərbi gücə sahibdir və ağıllı insanlar nəticəsini idarə edə bilməyəcəkləri müharibələrə başlamazlar”- deyə o vurğulayıb