Əsas səhifə » Tramp Ukrayna ilə faydalı qazıntılar sazişinin imzalanacağı tarixi açıqlayıb

Tramp Ukrayna ilə faydalı qazıntılar sazişinin imzalanacağı tarixi açıqlayıb

BAKI, AzerVoice

Vaşinqton və Kiyev arasında Ukraynanın faydalı qazıntıları ilə bağlı saziş aprelin 24-də imzalanacaq.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ondan sənədin cari həftə ərzində imzalanıb-imzalanmayacağı soruşulub. Tramp bu suala belə cavab verib:

"Faydalı qazıntılar üzrə bir razılaşmamız var və məncə, o yaxın zamanda – gələn cümə axşamı imzalanacaq. Düşünürəm ki, onlar razılaşmanın şərtlərini yerinə yetirəcəklər" – deyə, ABŞ prezidenti vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice