32
BAKI, AzerVoice
İranın xarici işlər naziri Abbas Araqçi, Ali lider Ayətullah Əli Xameneinin məktubunu Rusiya Prezidenti Vladimir Putinə təqdim edib.
AzerVoice xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Araqçi Rusiya lideri ilə görüşdə Tehranın Rusiya ilə ikitərəfli münasibətləri bütün səviyyələrdə gücləndirmək və genişləndirmək əzmində olduğunu vurğulayıb.