Əsas səhifə » Rusiya Yaponiyaya etiraz notası göndərib

Rusiya Yaponiyaya etiraz notası göndərib

BAKI, AzerVoice

Rusiya, Yaponiya tərəfindən iyun ayında Hokkaydo adasında keçirilməsi planlaşdırılan hərbi təlimlərə görə Tokiodakı Yaponiya səfirliyinə nota göndərib.

AzerVoice xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, sözügedən təlimlər Rusiya sərhədlərinə yaxın ərazilərdə keçiriləcək və təlimlərdə Type-88 tipli raketlərlə təchiz olunmuş SSM-1 sahil müdafiə sistemlərindən istifadə olunacaq.

Açıqlamada Rusiya tərəfi bu təlimləri təxribat xarakterli hərbi fəaliyyətlər adlandıraraq, onların ölkənin milli təhlükəsizliyi üçün potensial təhdid olduğunu vurğulayıb.

“Rusiya bu cür hərəkətləri qəbuledilməz hesab edir. Tokionun bu addımı Şimali-Şərqi Asiyada və ümumilikdə Asiya-Sakit okean regionunda gərginliyin artmasına səbəb olur” - açıqlamada qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice