19
BAKI, AzerVoice
Rusiya Prezidenti Vladimir Putin Kreml sarayında İranın xarici işlər naziri Abbas Araqçini qəbul edib.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Məlumata əsasən, səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişafı, regional əməkdaşlıq və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət məsələləri üzrə Rusiya rəsmiləri ilə məsləhətləşmələr gündəmdədir.
Bundan əlavə, Tehran və Vaşinqton arasında İranın nüvə proqramına dair danışıqların gedişinin də müzakirə olunması mümkündür.
Bundan əvvəl Araqçi bəyan etmişdi ki, İranın ali lideri Əli Xameneidən Vladimir Putinə məktub təqdim etməyi planlaşdırır.