BAKI, AzerVoice
Cənubi Koreya süni intellektlə işləyən radar texnologiyasını uğurla sınaqdan keçirib.
AzerVoice xəbər verir ki, Cənubi Koreya Müdafiə İnkişafı Agentliyi (ADD) süni intellektə əsaslanan fotonik radar texnologiyasını sınaqdan keçirib. Yeni texnologiya bir neçə kilometr məsafədən kiçik ölçülü pilotsuz uçuş aparatlarını (PUA) dəqiq aşkarlama qabiliyyəti ilə diqqət çəkib.
Sınaq zamanı radarın müxtəlif ölçülü dronları uğurla müəyyən etdiyi bildirilib. Lakin təhlükəsizlik səbəbindən aşkarlama məsafəsi və sınaqdan keçirilən PUA-ların ölçüləri barədə məlumat paylaşılmayıb.
Qeyd edək ki, Cənubi Koreya bu texnologiyanı gələcəkdə hava hücumundan müdafiə sistemlərinə inteqrasiya etməyi planlaşdırır. Süni intellektin tətbiqi, xüsusilə kiçik və aşağı hündürlükdə uçan dronların vaxtında müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.