Əsas səhifə » Trampın gömrük tarifləri siyasəti 2025-ci ildə qlobal ticarətə zərbə vura bilər

Trampın gömrük tarifləri siyasəti 2025-ci ildə qlobal ticarətə zərbə vura bilər

BAKI, AzerVoice

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ABŞ prezidenti Donald Trampın dəyişən gömrük tarifləri siyasətinin 2025-ci ildə qlobal ticarətin həcmini azalda biləcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, Trampın Çinlə ticarət mübahisələri və sərt tarif siyasəti, proqnozlaşdırılan artım əvəzinə dünya ticarətində geriləmə ilə nəticələnə bilər. ÜTT-nin məlumatına görə, əgər Tramp ən sərt “qarşılıqlı” gömrük vergilərini tətbiq etsə, qlobal ticarətdə azalma 1,5 faizə çata bilər.

Qlobal Ticarət Forumunun çərşənbə günü yaydığı məlumatda isə qeyd olunub ki, hətta ən sərt tariflər tətbiq olunmasa belə, ticarət geriləməsi xüsusilə Şimali Amerikada kəskin olacaq – ixracat 12,6 faiz, idxal isə 9,6 faiz azalacaq.

ÜTT bildirib ki, bu qiymətləndirmələr bazar ertəsi qüvvədə olan tarif rejiminə əsaslanır. Əvvəlki proqnozlarda 2025–2026-cı illərdə dünya ticarətində genişlənmə gözlənilsə də, Trampın siyasəti bu gözləntiləri zəiflədib.

ABŞ eyni zamanda Kanada və Meksika ilə gömrük tarifləri üzrə danışıqlarını davam etdirir.

ÜTT-nin baş direktoru Ngozi Okonjo-Iweala, 90 günlük fasiləyə baxmayaraq, davam edən qeyri-müəyyənliyin xüsusilə zəif iqtisadiyyatlara mənfi təsir göstərdiyini və qlobal iqtisadi artımı zəiflədə biləcəyini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice