BAKI, AzerVoice
Brüsseldə təxmini 10 min nəfər küçədə və sığınacaqlarda yaşayır.
AzerVoice xəbər verir ki,
Avropa Birliyi və NATO-nun mərkəzi sayılan Brüsseldə evsizlərin
sayı son dörd ildə iki dəfə artaraq 9 min 777 nəfərə çatıb.
Onlardan 992-si isə küçələrdə gecələyir. Bu barədə Belçikada
evsizliklə bağlı fəaliyyət göstərən Bruss'help təşkilatı məlumat
yayıb.
6 noyabr 2024-cü il gecəsi aparılan son siyahıyaalma nəticəsində məlum olub ki, təxminənd 4 min nəfər qeyri-hökumət təşkilatları və ya yerli bələdiyyələrin təmin etdiyi müvəqqəti sığınacaqlarda və ya tərk edilmiş binalarda qalır. Bu, 2008-ci ildə qeydə alınan 1724 nəfərlə müqayisədə ciddi artımdır.
Bruss'help təşkilatının rəsmisi Eva Salman bildirib ki, 2020-ci ildə evsizlərin sayı 5 min 131 nəfər olub, bu da hazırkı rəqəmlərlə müqayisədə ikiqat artım deməkdir.
Evsizlərin əksəriyyəti “sans papier” – yəni ölkədə qeyri-qanuni şəkildə yaşayan, yaşamaq və işləmək icazəsi olmayan şəxslərdir. Belçikanın dolu qəbul mərkəzləri səbəbilə sığınacaq axtaran şəxsləri qəbul etməməsi vəziyyəti daha da ağırlaşdırır.
Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi və Brüssel məhkəmələrinin verdiyi çoxsaylı qərarlara baxmayaraq, Belçika hökuməti bu böhranı həll etmək üçün konkret addım atmır. Bruss'help hesabatında vurğulanır ki, problemin miqyası fərdi təşəbbüsləri aşır və siyasətçilərin daha strukturlaşdırılmış və humanist yanaşmalar tətbiq etməsi zəruridir.