Əsas səhifə » Rubio və Uitkoff Ukrayna ilə bağlı danışıqlar üçün Parisə gedirlər

Rubio və Uitkoff Ukrayna ilə bağlı danışıqlar üçün Parisə gedirlər

BAKI,AzerVoice

ABŞ Dövlət katibi Marko Rubio və xüsusi səfir Stiven Uitkoff, Rusiya-Ukrayna müharibəsinin dayandırılması və qan tökülməsinin sona çatdırılması məqsədilə Avropa liderləri ilə danışıqlar aparmaq üçün 16–18 aprel tarixlərində Fransanın paytaxtı Parisə səfər edəcəklər.

AzerVoice xəbər verir ki, səfər çərçivəsində Uitkoff Fransa prezidenti Emmanuel Makron, Rubio isə xarici işlər naziri Jan-Noel Barro ilə görüşəcək.

Danışıqlarda Prezident Donald Trampın müharibəni bitirməyə yönəlmiş planı müzakirə olunacaq.

Eyni zamanda, Parisdə regionda birgə maraqların təşviqi məsələləri də gündəmdə olacaq.

Uitkoff qeyd edib ki, sülh razılaşmasının beş əraziyə aiddir. Bu ərazilərin Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson olduğu qeyd olunur.

Qeyd edək ki, bundan əvvəl Uitkoff Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə də görüşərək Ukrayna müharibəsinin dayandırılması məsələsini müzakirə etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice