BAKI, AzerVoice
ABŞ prezidenti Donald Tramp, Rusiya bayrağı altında üzən və ya Rusiya ilə əlaqəli olan gəmilərin ABŞ limanlarına daxil olmasına qoyulan qadağanın müddətini bir il daha uzadıb.
AzerVoice-un məlumatına görə, bu qərar, Ağ Evin ABŞ Federal Reyestrində dərc olunan sənədində əksini tapıb.
"Mən, Rusiya Federasiyası ilə bağlı fövqəladə vəziyyət rejimini və 10371 nömrəli prezident proklamasında qeyd olunan fövqəladə səlahiyyətləri, Rusiya ilə əlaqəli gəmilərin ABŞ limanlarında hərəkətinə dair tənzimləmələri bir il müddətinə uzadıram" - deyə sənəddə qeyd olunub.
Xatırladaq ki, bundan əvvəl Donal Tramp Rusiyaya qarşı sabiq prezident Co Bayden administrasiyasının tətbiq etdiyi sanksiya paketinin müddətinin bir il daha uzadılması haqqında fərman imzalamışdı.