Əsas səhifə » Pezeşkian Zərifin istefasını qəbul edib

Pezeşkian Zərifin istefasını qəbul edib

BAKI, AzerVoice

İran prezidenti Məsud Pezeşkiyan, strateji məsələlər üzrə müavini və sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul edib.

AzerVoice xəbər verir ki, bu barədə Pezeşkian açıqlama verib.

“İndi, bəzi məhdudiyyətlər sizin geniş bilik və dərin təcrübənizdən strateji məsələlər üzrə vitse-prezident vəzifəsində faydalanmağa imkan vermədiyi üçün, göstərdiyiniz səmimi və məsuliyyətli səylərə görə sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm” - deyə, açıqlamada bildirilib.

Xatırladaq ki, Zərif ötən ayın əvvəlində istefasını elan etmişdi. O, qərarını İranın baş prokurorunun tövsiyəsinə əsasən verdiyini, bu tövsiyəni isə vəzifədən uzaqlaşdırma kimi dəyərləndirdiyini bildirmişdi.

“Hökumətə olan təzyiqlərin qarşısını almaq üçün baş prokuror mənə istefa verməyi tövsiyə etdi” - deyə, o qeyd edib.

Zərifin istefası, parlamentin iqtisadiyyat naziri Əbdünnasir Həmtini vəzifədən kənarlaşdırmasından bir neçə saat sonra baş verib ki, bu da Pezeşkian hökuməti üçün daha bir zərbə olub.

Parlament üzvləri, Zərifin vəzifəsinin qanunsuz olduğunu iddia edərək, baş prokurora onun taleyi ilə bağlı qərar verməsi üçün təzyiq göstərmişdilər.

Digər Kateqoriyalar

2025 © Azervoice