BAKI, AzerVoice
Rusiya, İranın nüvə proqramı ilə bağlı siyasi və diplomatik həllə töhfə verməyə hazır olduğunu bəyan edib.
AzerVoice xəbər verir ki, Kremlin
sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında İranın
nüvə məsələsinə toxunub.
“Rusiya bu problemin diplomatik və siyasi yollarla həllinə töhfə
verməyə hazırdır. Bunun üçün əlimizdən gələni etməyə hazırıq”- deyə
o bildirib.
Peskov həmçinin qeyd edib ki, Rusiya və Çin ABŞ-la İran arasında mümkün razılaşmanın təminatçısı kimi iştirak edə bilərlər, lakin bu, danışıqların tərəfləri olan Vaşinqton və Tehranın mövqeyindən asılıdır.
Ukraynadakı vəziyyətə də toxunan Kremlin sözçüsü bildirib ki, Kiyev administrasiyası qeyri-sabit strukturunu qorumağa çalışır və enerji obyektlərinə qarşı razılaşmalara baxmayaraq hücumlarını davam etdirir.
Peskov əlavə edib ki, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani sabah Rusiyaya səfər edəcək və Prezident Vladimir Putinlə görüşəcək. Görüşdə Ukrayna böhranı və regiondakı digər məsələlərin müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, Rusiya İranın nüvə proqramı ilə bağlı məsələlərdə BMT və digər beynəlxalq platformalarda uzun müddətdir vasitəçilik səylərində iştirak edir.