47
BAKI, AzerVoice
İsrail dövləti Rusiya-Ukrayna münaqişəsinin ilk günlərindən etibarən hər iki tərəf arasında vasitəçi rolunu oynamağa hazır olduğunu bəyan edib.
AzerVoice xəbər verir ki, İsrailin Rusiyadakı səfiri Simona Qalperin ölkəsinin barış prosesinə töhfə verməyə hazır olduğunu bir daha vurğulayıb.
“İsrail hələ müharibənin ilk günlərində açıq şəkildə bildirmişdi ki, əgər həm Rusiya, həm də Ukrayna hökumətləri belə bir istəyini rəsmi şəkildə dilə gətirərsə, biz tərəflər arasında barışığın əldə olunması üçün yardım göstərməyə və vasitəçilik etməyə hazırıq” – deyə səfir bildirib.
Lakin Qalperin əlavə edib ki, bu vaxta qədər hər iki ölkənin rəhbərliyi İsrailə rəsmi vasitəçilik təklifi ilə müraciət etməyib.