Əsas səhifə » Asiya Qış Oyunları zamanı ABŞ-dan Çinə kiberhücum

Asiya Qış Oyunları zamanı ABŞ-dan Çinə kiberhücum

BAKI, AzerVoice

Çin ABŞ-ı Asiya Qış Oyunlarına edilən kiberhücumlara görə ittiham edib.

AzerVoice xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi ABŞ-ı ölkəyə qarşı kiberhücumları dərhal dayandırmağa çağırıb. Rəsmi Pekin Qış Asiya Oyunları zamanı Çin informasiya sistemlərinə qarşı həyata keçirilən hücumların arxasında ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) dayandığını iddia edib.

XİN-in sözçüsü Lin Jian bildirib ki, bu hücumlar zamanı yarışların informasiya sistemləri və Heilongjiang əyalətinin kritik məlumat infrastrukturuna ciddi zərər dəyib. Harbin İctimai Təhlükəsizlik Müdirliyi hücumda iştirak edənlərin tutulması üçün mükafat elan edib və NSA əməkdaşlarının hücumda iştirak etdiyini bəyan edib.

Lin Jian vurğulayıb ki, ABŞ-ın həyata keçirdiyi bu tip kiberhücumlar Çin vətəndaşlarının şəxsi məlumatlarının təhlükəsizliyini, həmçinin ölkənin müdafiə, maliyyə və istehsal sektorlarını ciddi şəkildə təhdid edir.

Qeyd edək ki, bu, Çin tərəfinin ABŞ-ı rəsmi şəkildə kiberhücumlarda ittiham etdiyi ilk hallar deyil. Rəsmi Pekin bu cür hücumların beynəlxalq hüquq və normativ prinsiplərə zidd olduğunu bildirərək beynəlxalq ictimaiyyəti məsələyə həssas yanaşmağa çağırır.

Digər Kateqoriyalar

2025 © Azervoice