Əsas səhifə » Qırğızıstan və BƏƏ arasında əməkdaşlıq memorandumu imzalanıb

Qırğızıstan və BƏƏ arasında əməkdaşlıq memorandumu imzalanıb

BAKI, AzerVoice

Qırğızıstan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi ilə bağlı memorandum imzalanıb.

AzerVoice xəbər verir ki, sənədin imzalanma mərasimi dünən Əbu-Dabi şəhərində Qırğızıstanın Nəqliyyat Vasitələrinin və Sürücü Heyətinin Qeydiyyatı üzrə Dövlət Agentliyi ilə BƏƏ-nin Daxili İşlər Nazirliyi arasında baş tutub.

Memorandum hər iki ölkənin səlahiyyətli qurumları tərəfindən verilmiş sürücülük vəsiqələrinin qarşılıqlı tanınması yolu ilə vətəndaşların hərəkətini asanlaşdırmaq məqsədilə imzalanıb.

Sənədin praktiki tətbiqi və hüquqi qüvvəyə minməsi diplomatik kanallar vasitəsilə razılaşdırılmış tarixdən etibarən bir ay ərzində elan olunacaq.

Memoranduma Qırğızıstanın Nəqliyyat Vasitələrinin və Sürücü Heyətinin Qeydiyyatı üzrə Dövlət Agentliyinin direktoru Ulan Karypbekov və BƏƏ Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nahayan imza atıblar.

Görüş çərçivəsində tərəflər Qırğızıstan-BƏƏ münasibətləri gündəliyindəki aktual məsələləri, o cümlədən iki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri üçün əlverişli şəraitin yaradılması yollarını müzakirə ediblər.

Digər Kateqoriyalar

2025 © Azervoice