BAKI, AzerVoice
Haiti dəstə zorakılığı fonunda 275 milyon dollarlıq “müharibə büdcəsi”ni təsdiqləyib.
AzerVoice xəbər verir ki, Haiti
Prezident Keçid Şurası ölkədə artan dəstə zorakılığına qarşı cavab
tədbiri olaraq 275 milyon dollardan çox vəsaitin ayrıldığı
“müharibə büdcəsi”ni təsdiqləyib.
Bu vəsaitin təxminən 40 faizi ordu və polis qüvvələrinin
gücləndirilməsinə yönəldiləcək.
Hökumət bəyan edib ki, əlavə olaraq büdcənin 20 faizi sərhəd təhlükəsizliyinə, 16 faizi isə təhsil, səhiyyə və humanitar yardım sahələrinə ayrılacaq.
Qeyd edək ki, BMT-nin məlumatına görə, 2024-cü ildə Haitidə silahlı dəstə hücumları nəticəsində 5600-dən çox insan həlak olub. Ölkədəki siyasi və iqtisadi qeyri-sabitlik fonunda keçmiş baş nazir Ariel Henri aprel ayında istefa verib. Onun yerinə əvvəlcə Qarri Konil, daha sonra isə Alix Didier Fils-Aime baş nazir təyin olunub.