Əsas səhifə » Tramp İrana qarşı güc tətbiq etmək ehtimalına ciddi yanaşır - Pentaqon rəhbəri

Tramp İrana qarşı güc tətbiq etmək ehtimalına ciddi yanaşır - Pentaqon rəhbəri

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp, İranın nüvə silahına sahib olmasının qarşısını almaqda tam ciddidir, hərbi variantın tədbiq olunması da istisna deyil.

AzerVoice xəbər verir ki, bu haqda Pentaqon rəhbəri Pit Heqset "Fox News"a verdiyi müsahibəsində bəyan edib.

"ABŞ Prezidenti Donald Tramp, İranın nüvə silahı əldə etməsinə qəti şəkildə qarşıdır və bu məqsədlə hərbi müdaxilə də daxil olmaqla bütün variantları nəzərdən keçirməyə hazırdır" - deyə o bildirib.

Bununla belə, Heqset qeyd edib ki, ABŞ bu səviyyəyə çatmamaq üçün ümid edir. O həmçinin, 12 aprel tarixində Omanda keçirilmiş dolayı danışıqları məhsuldar hesab edib.

Xatırladaq ki, dünən Omanda baş tutan danışıqlarda İran tərəfini xarici işlər naziri Seyid Abbas Araqçi, ABŞ nümayəndə heyətini isə Donald Trampın xüsusi nümayəndəsi Stiven Uittkof təmsil edib. İran Xarici İşlər Nazirliyi görüşün konstruktiv və sakit atmosferdə keçdiyini, tərəflərin məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəldiklərini bildirib.

Danışıqların növbəti mərhələsi aprelin 19-da baş tutacaq. Danışıqların əsas mövzusu İranın nüvə proqramı və sanksiyaların ləğv olunması olacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice