Əsas səhifə » ABŞ elektronika məhsullarına olan tarifləri müvəqqəti olaraq dayandırıb

ABŞ elektronika məhsullarına olan tarifləri müvəqqəti olaraq dayandırıb

BAKI, AzerVoice

ABŞ administrasiyası smartfon, kompüter və digər elektronika məhsullarına qarşı gömrük rüsumlarını müvəqqəti olaraq dayandırıb.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ Ticarət naziri Hovard Latnik bildirib.

O qeyd edib ki, smartfonlar, kompüterlər və digər elektronika məhsulları üçün qarşılıqlı gömrük tarifləri müvəqqəti olaraq ləğv olunub, lakin yaxın bir-iki ay ərzində bu məhsullara xüsusi sahəvi tariflər tətbiq olunacaq.

“Bütün bu məhsullar yarımkeçiricilər kateqoriyasına daxil ediləcək və onlar üçün xüsusi tariflər müəyyən olunacaq. Onlara qarşılıqlı rüsumlar tətbiq olunmayacaq, lakin bu kateqoriyalar üçün nəzərdə tutulan yarımkeçirici tarifləri bir neçə ay ərzində qüvvəyə minəcək”, - deyə o bildirib.

Bundan əvvəl, Donald Tramp administrasiyası elektronika məhsullarının (smartfon, kompüter və s.) idxalına qarşılıqlı gömrük tariflərini müvəqqəti dayandırmışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice