BAKI, AzerVoice
Çin Xalq Respublikası hakimiyyəti “Fusin” Atom Elektrik Stansiyasının təhlükəsizliyini təmin etmək məqsədilə “Ştorm-2025” adlı genişmiqyaslı təlimlər keçirib. Stansiya Şərqi Çinin Fuzyan vilayətində, Tayvan adasının yaxınlığında yerləşir.
AzerVoice xəbər verir ki, bu barədə Çin Dövlət Nüvə Korporasiyası (CNNC) məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bu təlimlər planlı şəkildə, hər iki ildən bir təşkil olunur. Bu, ardıcıl altıncı dəfə keçirilən təlimdir.
Təlimlərin əsas məqsədi fövqəladə hallarda cavabvermə bacarıqlarını artırmaq, eləcə də Çin prezidenti Si Cinpin tərəfindən irəli sürülən nüvə təhlükəsizliyi konsepsiyası çərçivəsində müdafiə hazırlığını gücləndirmək olub. Əsas diqqət xarici qüvvələrin hücum ssenarisinə cavab tədbirlərinin və onun mümkün mənfi nəticələrinin qarşısının alınması üzrə operativ reaksiyaların hazırlanmasına yönəlib.