BAKI, AzerVoice
ABŞ Prezidenti Donald Tramp İran xarici işlər naziri Seyid Abbas Araqçiyə iki ölkə arasındakı fikir ayrılıqlarını mümkün qədər dialoq və diplomatiya yolu ilə həll etmək tapşırığını verib.
AzerVoice xəbər verir ki, bu barədə Ağ Evin verdiyi rəsmi bəyanatda deyilir.
“ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff doktor Araqçi ilə söhbətində vurğulayıb ki, Prezident Donald Tramp ona iki ölkə arasındakı fikir ayrılıqlarını mümkün qədər dialoq və diplomatiya yolu ilə həll etmək tapşırığını verib" - deyə, bəyanatda bildirilib.
Bununla yanaşı bəyanatda Uitkoff və Araqçi arasında Omanda keçirilən birbaşa danışıqlar qarşılıqlı faydalı nəticəyə doğru atılmış bir addım kimi qiymətləndirilib.
Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı İran və ABŞ nümayəndə heyətləri arasında keçirilən dolayı danışıqlar bu gün başa çatıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, tərəflər nüvə proqramı və qeyri-qanuni sanksiyaların qaldırılması ilə bağlı hökumətlərinin mövqelərini qarşılıqlı hörmət və konstruktiv atmosferdə bildiriblər. İran nümayəndə heyətinin üzvü bildirib ki, aparılan məsləhətləşmələr ümumilikdə uğurlu keçib.
Danışıqların növbəti mərhələsi apelin 19-da keçiriləcək.
Bundan əvvəl, ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək birbaşa nüvə danışıqları aparmağı təklif etsə də, Tehran yalnız dolayı danışıqlara açıq olduğunu, təhdid və təzyiqlər altında birbaşa görüşləri qəbul etmədiyini bildirmişdi.