BAKI, AzerVoice
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İran və ABŞ nümayəndə heyətləri arasında Omanın paytaxtı Maskatda keçirilən dolayı danışıqlardan sonra bildirib ki, görüşlər müsbət və konstruktiv atmosferdə keçib.
AzerVoice xəbər verir ki, bu barədə Uitkoffun verdiyi açıqlamada deyilir.
“Çox pozitiv və konstruktiv bir dialoqumuz oldu” - deyə, Uitkoff bildirib.
Uitkoff həmçinin bildirib ki, o, 12 aprel tarixində ABŞ-a qayıdacaq.
Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı İran və ABŞ nümayəndə heyətləri arasında keçirilən dolayı danışıqlar bu gün başa çatıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, tərəflər nüvə proqramı və qeyri-qanuni sanksiyaların qaldırılması ilə bağlı hökumətlərinin mövqelərini qarşılıqlı hörmət və konstruktiv atmosferdə bildiriblər. İran nümayəndə heyətinin üzvü bildirib ki, aparılan məsləhətləşmələr ümumilikdə uğurlu keçib.
Danışıqların növbəti mərhələsi apelin 19-da keçiriləcək.
Bundan əvvəl, ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək birbaşa nüvə danışıqları aparmağı təklif etsə də, Tehran yalnız dolayı danışıqlara açıq olduğunu, təhdid və təzyiqlər altında birbaşa görüşləri qəbul etmədiyini bildirmişdi.