Əsas səhifə » ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini bir il daha uzadıb

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini bir il daha uzadıb

BAKI, AzerVoice

ABŞ Rusiyaya qarşı sanksiya paketinin müddətini bir il daha uzadıb.

AzerVoice xəbər verir ki, bu haqda ABŞ Prezidenti Donald Tramp fərman imzalayıb.

Söhbət 15 aprel 2021-ci ildə imzalanmış 14024 saylı fərmandan gedir. Həmin sanksiyalar paketi ABŞ-ın sabiq prezidenti Co Baydenin administrasiyası dövründə bir neçə dəfə genişləndirilmişdi və müddəti uzadılmışdı.

İlk ərəfələrdə bu sanksiyalar, ABŞ hakimiyyətinin iddiasına görə, kiberhücumlarda, ABŞ və digər ölkələrdə keçirilən seçkilərə müdaxilədə, ABŞ vətəndaşlarına qarşı qətllərdə iştirak etmiş və ya sanksiyalardan yayınmaq üçün maliyyə əməliyyatları aparmış Rusiya vətəndaşlarına və hüquqi şəxslərə qarşı tətbiq edilmişdi.

Xatırladaq ki, mart ayında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya bu sanksiyaları qeyri-qanuni hesab edir və onların ləğv olunacağını gözləyir.

Digər Kateqoriyalar

2025 © Azervoice