Əsas səhifə » İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqlar aprelin 19-da davam edəcək

İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqlar aprelin 19-da davam edəcək

BAKI, AzerVoice

İran və ABŞ gələn həftə İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin nizamlanması üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

AzerVoice xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar aprelin 19-da davam edəcək.

Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı İran və ABŞ nümayəndə heyətləri arasında keçirilən dolayı danışıqlar bu gün başa çatıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, tərəflər nüvə proqramı və qeyri-qanuni sanksiyaların qaldırılması ilə bağlı hökumətlərinin mövqelərini qarşılıqlı hörmət və konstruktiv atmosferdə bildiriblər. İran nümayəndə heyətinin üzvü bildirib ki, aparılan məsləhətləşmələr ümumilikdə uğurlu keçib.

Bundan əvvəl, ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək birbaşa nüvə danışıqları aparmağı təklif etsə də, Tehran yalnız dolayı danışıqlara açıq olduğunu, təhdid və təzyiqlər altında birbaşa görüşləri qəbul etmədiyini bildirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice