BAKI, AzerVoice
Rusiya Federasiyası Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşə başlayıb.
AzerVoice xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, görüş Sankt-Peterburqda yerləşən Prezident Kitabxanasının binasında baş keçirilir. Protokol şəkli çəkildikdən sonra qapalı rejimdə davam edəcək görüş zalına keçiblər.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun öncədən bildirdiyinə görə, görüşdə Ukrayna məsələsinin müxtəlif aspektləri müzakirə olunacaq. Kremlin məqsədi həm də ABŞ Prezidenti Donald Trampa Rusiyanın əsas mövqeyini və narahatlıqlarını çatdırmaqdır.
Görüşün müddəti əvvəlcədən müəyyən olunmayıb. Peskov qeyd edib ki, Putin üçün nə qədər vaxt lazımdırsa, o qədər davam edəcək. Onun sözlərinə görə, müzakirə olunacaq məqamlar çoxdur, məsələ kifayət qədər mürəkkəbdir və buna görə də belə görüşlər adətən uzun sürür.