BAKI, AzerVoice
Netanyahu Qəzzada atəşkəs və əsir mübadiləsi məsələlərini müzakirə edib.
AzerVoice xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəs və məhbusların dəyişdirilməsi ilə bağlı qiymətləndirmə toplantısı keçirib.
İsrail mediasının məlumatına görə, Netanyahu danışıqlar qrupu və
təhlükəsizlik rəsmiləri ilə Qəzzada atəşkəs və əsir mübadiləsi ilə
bağlı prosesi müzakirə edib.
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff isə
bildirib ki, prezident Donald Tramp hərtərəfli razılaşma üzərində
çalışır. "Masada çox ciddi bir razılaşma var. Bu, bir neçə gündür
davam edir"- deyə o bildirib.
Qeyd edək ki, Qəzzada İsrail və HƏMAS arasında davam edən münaqişə çərçivəsində məhbus mübadiləsi və atəşkəs danışıqları bir müddətdir gündəmdədir.