BAKI, AzerVoice
ABŞ-da Demokratlar İlon Maskın Tramp administrasiyasından uzaqlaşdırılmasını tələb edir
AzerVoice xəbər verir ki, ABŞ
Konqresinin Nümayəndələr Palatasındakı 77 demokrat üzv, prezident
Donald Trampın baş müşaviri Elon Maskın administrasiyadan
istefasını tələb edən koordinasiyalı kampaniyaya başlayıb.
Demokratlar bu məsələ ilə bağlı prezident Trampa rəsmi məktub
göndəriblər.
Məktubda Maskın “xüsusi dövlət işçisi” statusunda 130 gündən artıq vəzifədə qala bilməyəcəyi vurğulanır və qanunun tələb etdiyi şəkildə mayın 30-dək vəzifəsindən getməli olduğu bildirilir. Demokratlar Maskın istefası ilə bağlı Tramp administrasiyasından dərhal açıqlama verilməsini və qərar qəbuletmə səlahiyyətlərinin başqasına təhvil verilməsini tələb ediblər.
Eyni zamanda, məktubda Elon Maskın Tesla və SpaceX kimi özəl şirkətlərindən geri çəkilmədən bir il ərzində yenidən “xüsusi dövlət işçisi” olaraq administrasiyaya dönməsinin qanuna zidd olduğu da qeyd olunur.
Demokrat konqresmen Greg Casar məsələ ilə bağlı “X” platformasında paylaşım edərək, “Vaxt keçir, qanun aydındır. İnsanlar izləyir. Elon Maskı vəzifədən uzaqlaşdırın,” – sözlərini qeyd edib. Casar bildirib ki, demokratlar mayın 30-na qədər respublikaçılara qarşı ictimai təzyiqi artırmağa davam edəcək və bu prosesdə həm hüquqi, həm də siyasi vasitələrdən istifadə olunacaq.
Qeyd edək ki, məsələ ABŞ-da Maskın hökumət daxilindəki rolu, eyni zamanda özəl sektordakı təsiri ilə bağlı geniş müzakirələrə səbəb olub.