BAKI, AzerVoice
İranla razılaşma olmazsa, hərbi əməliyyat tamamilə mümkündür.
AzerVoice xəbər verir ki, ABŞ
prezidenti Donald Tramp İranla danışıqların nəticəsiz qalacağı
təqdirdə hərbi əməliyyat ehtimalının "tamamilə mümkün" olduğunu
bəyan edib.
O, İranın nüvə proqramı ilə bağlı qərar vermək üçün çox az vaxtın
qaldığını vurğulayıb.
Jurnalistlərin suallarını cavablandıran Tramp, “Əgər lazım olarsa, mütləq hərbi müdaxilə olacaq,” deyərək, ABŞ-ın bu istiqamətdə tədbir görməyə hazır olduğunu bildirib. O əlavə edib ki, belə bir ssenaridə İsrailin ciddi şəkildə iştirak edəcəyi gözlənilir. “Təbii ki, İsrail bu işdə güclü iştirak edəcək və prosesin komandanlıq mərkəzində yer alacaq” - deyə o bildirib.
Qeyd edək ki, Tramp administrasiyası dövründə ABŞ 2018-ci ildə İranla imzalanmış nüvə razılaşmasından birtərəfli şəkildə çıxmış və Tehrana qarşı sərt sanksiyalar tətbiq etmişdi. Hazırda İranın nüvə fəaliyyətləri beynəlxalq aləmdə ciddi narahatlıq doğurur və tərəflər arasında gərginlik yenidən artmaqdadır.