Əsas səhifə » Çanqvonda ABŞ-Cənubi Koreya birgə dəniz təlimləri keçirir

Çanqvonda ABŞ-Cənubi Koreya birgə dəniz təlimləri keçirir

BAKI, AzerVoice

ABŞ və Cənubi Koreya hərbi dəniz təlimlərini genişləndirir

AzerVoice xəbər verir ki, ABŞ və Cənubi Koreya silahlı qüvvələri Çanqvon sahillərində birgə hərbi-dəniz təlimləri həyata keçirib.

Təlimlərin əsas məqsədi dənizdə xilasetmə imkanlarının artırılması olub.

Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin yaydığı açıqlamada qeyd olunur ki, aprelin 7-də başlayan təlimlərdə “Qvanqyan” xilasetmə gəmisinin heyəti, Dənizdə Xilasetmə Bölməsi və ABŞ Səyyar Dalğıc və Xilasetmə Birliyinin əsgərləri iştirak ediblər. Onlar gündəlik təlim çərçivəsində batmış gəminin simulyasiyası ilə itkin düşmüş personalın axtarışını həyata keçiriblər.

Qeyd edək ki, təlimlərə müşahidəçi qismində İngiltərə və Avstraliya hərbi personalı da qatılıb. Bu cür təlimlər ABŞ və Cənubi Koreya arasında hərbi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Kateqoriyalar

2025 © Azervoice