Əsas səhifə » Çin vətəndaşlarına ABŞ səfərlərində təhlükə xəbərdarlığı

Çin vətəndaşlarına ABŞ səfərlərində təhlükə xəbərdarlığı

BAKI, AzerVoice

Çin vətəndaşlarına ABŞ-a səyahətlə bağlı xəbərdarlıq edib

AzerVoicexəbər verir ki, Çin hökuməti ABŞ-la artan iqtisadi və siyasi gərginlik fonunda vətəndaşlarını bu ölkəyə səyahət zamanı təhlükəsizlik risklərinə qarşı ehtiyatlı olmağa çağırıb.

Çin Mədəniyyət və Turizm Nazirliyi bildirib ki, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin pisləşməsi və ABŞ-dakı təhlükəsizlik vəziyyəti səbəbilə çinli turistlər riskləri qiymətləndirməli və ehtiyatlı davranmalıdır. Eyni zamanda Çin Təhsil Nazirliyi ABŞ-ın Ohayo ştatında qəbul edilən qanun layihəsinə istinad edərək çinli tələbələri həmin ərazidə təhsil seçərkən təhlükəsizlik risklərini nəzərə almağa çağırıb.

Qeyd edək ki, Ohayo ştatında qəbul edilən qanun layihəsi dövlət maliyyəsi ilə təmin olunan universitetlərdən xarici – xüsusən Çin – təsirlərinə qarşı tədbirlər görməyi tələb edir.

Bununla yanaşı, ABŞ prezidenti Donald Trampın Çinə qarşı 34 faizlik əlavə tarif qərarına cavab olaraq Çin də eyni dərəcədə tarif tətbiq edəcəyini açıqlayıb. Gərginliyin artması fonunda Tramp əlavə 50 faizlik tarif təhdidi ilə yanaşı, Çinin cavab verməyə davam edəcəyi təqdirdə danışıqları ləğv edəcəyini bildirib. Son nəticədə qarşılıqlı tarif artımları ABŞ və Çin arasında idxal məhsullarına tətbiq edilən rüsumları rekord səviyyəyə çatdırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice