Əsas səhifə » Şərqi Qüdsdə altı məktəb zorla bağlanıb - BMT

Şərqi Qüdsdə altı məktəb zorla bağlanıb - BMT

BAKI, AzerVoice

İsrail Şərqi Qüdsdə BMT məktəblərini bağlayır– Fələstinli uşaqlar təhsildən məhrum edilir

AzerVoice xəbər verir ki, İsrail hakimiyyəti Şərqi Qüdsdə yerləşən və Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) tərəfindən idarə olunan məktəbləri 30 gün müddətinə bağlayıb.

Bu qərar Qəzzada davam edən soyqırım və deportasiya siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

UNRWA-nın baş komissarı Filip Lazzarini bildirib ki, Qüds Bələdiyyəsinin rəsmiləri və İsrail təhlükəsizlik qüvvələri Şərqi Qüdsdəki altı UNRWA məktəbinə zorla daxil olaraq, bağlanma əmri təqdim ediblər. Həmin məktəblər işğal altındakı ərazidə fələstinli qaçqın uşaqlara təhsil verirdi.

Qeyd edək ki, bu addım beynəlxalq hüquqa zidd olaraq fələstinlilərin təhsil hüququna maneə törətmək və onların Şərqi Qüdsdən uzaqlaşdırılması planlarının bir hissəsi kimi tənqid olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice