Əsas səhifə » Moskva Parisə etiraz edir

Moskva Parisə etiraz edir

BAKI, AzerVoice

Rusiya Fransada diplomatının saxlanmasını beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib.

AzerVoice xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşının Fransada saxlanılmasını pisləyib.

O, hadisəni Fransanın Vyana Konvensiyasından irəli gələn öhdəliklərini pozması kimi qiymətləndirib. “Bu, qətiyyən qəbuledilməzdir və iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirir,” – deyə Peskov vurğulayıb.

Peskov həmçinin bildirib ki, saxlanılan rus diplomatı ilə konsulluq nümayəndələrinin görüşünə icazə verilməyib.

İran və ABŞ arasında artan gərginlik məsələsinə də toxunan Kremlin sözçüsü, hər iki tərəfdən səslənən sərt bəyanatların vəziyyəti daha da ağırlaşdırdığını bildirib. O, vəziyyətdən çıxış yolunun birbaşa dialoqdan keçdiyini söyləyib.

Qeyd edək ki, Peskov Donetskdə Rusiya tərəfində döyüşən və Ukrayna tərəfindən əsir götürülən iki Çin vətəndaşı ilə bağlı suala cavab verməkdən imtina edib.

Digər Kateqoriyalar

2025 © Azervoice