Əsas səhifə » Yunanıstan maaş artımı və bahalığa qarşı etiraz içindədir

Yunanıstan maaş artımı və bahalığa qarşı etiraz içindədir

BAKI, AzerVoice

Yunanıstanda minlərlə fəhlə və dövlət qulluqçusu 24 saatlıq tətilə çıxaraq hökumətdən maaşların artırılmasını və yaşayış xərclərinə qarşı tədbir görülməsini tələb edib.

AzerVoice xəbər verir ki, GSEE və ADEDY həmkarlar ittifaqları ilə yanaşı, Kommunist Partiyasına bağlı PAME ittifaqı da tətilə dəstək verib.

Tətil çərçivəsində ölkə üzrə ictimai nəqliyyat iflic olub — dəmir yolu və dəniz nəqliyyatı dayandırılıb, hava limanlarında uçuşlar ləğv edilib.

Paytaxt Afinada keçirilən kütləvi nümayişdə iştirakçılar parlament qarşısında yürüş keçirib, maaş artımı və sosial haqların bərpası tələblərini səsləndiriblər. Aksiya zamanı bəzi iştirakçılar Fələstin bayraqları qaldıraraq İsrailə etirazlarını da ifadə ediblər.

Qeyd edək ki, oxşar etirazlar Saloniki başda olmaqla ölkənin digər şəhərlərində də təşkil olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice