BAKI, AzerVoice
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA), Qəzzadakı humanitar vəziyyətin uşaqlara dağıdıcı təsir göstərdiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, Qəzzaya
yardımın beş həftədir daxil olmaması, uşaqların gündəlik həyatı və
sağlamlığı üçün ciddi fəsadlar yaradır.
UNRWA, İsrailin tətbiq etdiyi sıx blokada nəticəsində Qəzzaya
humanitar yardımın ötən ilin martın 2-dən bəri daxil olmasına icazə
verilmədiyini bildirib. Uşaqlar su tapmaq üçün at arabası itələyir,
məktəbdən uzaq qalır və ehtiyaclarını qarşılamaq üçün daha çox
çətinliklərlə üzləşirlər.
İsrailin Qəzzadakı blokadası humanitar vəziyyəti ağırlaşdırıb və bu, xüsusilə uşaqlar üçün dağıdıcı nəticələrə səbəb olub. Hücumlar və humanitar yardımların çatdırılmaması bölgədəki böhranı daha da dərinləşdirir.