BAKI, AzerVoice
Dünya Müsəlman Alimləri Birliyi Qəzza ilə bağlı birgə cihad fitvası verib.
AzerVoice xəbər verir ki, Dünya
Müsəlman Alimləri Birliyinin Fətva Komitəsi Qəzzadakı hadisələrə
qarşı silahlı cihadın bütün müsəlmanlar üçün vacib olduğunu bəyan
edib.
Komitə bu qərarı 15 ölkədən olan alimlərin birgə razılığı ilə qəbul
edib.
Mavritaniya, Sudan, Almaniya, Avstraliya, Mərakeş, Qətər, Liviya, Misir, Küveyt, Tunis, Suriya və Türkiyədən olan tanınmış alimlərin iştirak etdiyi fətva komitəsi bildirib ki, qərar Ramazan ayının sonunda onlayn formatda keçirilən təcili iclas zamanı yekdilliklə qəbul olunub. Komitə üzvü Prof. Dr. Mustafa Bülent Dadaşın sözlərinə görə, fitvanın əsas məqsədi Rəfah sərhəd qapısının açılması və Qəzzaya təcili humanitar yardımın daxil olmasıdır.
Fitvada həmçinin sionist işğalçı rejimə qarşı bütün İslam ölkələrinin hərbi, iqtisadi və siyasi dəstək göstərməsinin dini öhdəlik olduğu vurğulanır. İsraillə normallaşma münasibətləri, enerji tədarükü və sülh müqavilələri qadağan edilir. Fitvada ABŞ-da yaşayan müsəlmanların Tramp və ABŞ hökumətinə təzyiq göstərərək hücumların dayandırılmasını tələb etməsi çağırışı da yer alıb.
Qeyd edək ki, bu fitva son iki ildə Dünya Müsəlman Alimləri Birliyi tərəfindən verilən bir neçə qərardan biridir. Əvvəllər də boykot və iqtisadi təzyiqlərlə bağlı fətvalar elan edilib. Alimlər bildirirlər ki, məqsəd yalnız Qəzzəyə yardım deyil, eyni zamanda işğalın tamamilə aradan qaldırılmasıdır.